Meşə yanğınları Siyəzəndə də başladı
    • 20-08-2022, 13:54
    • 347

Meşə yanğınları Siyəzəndə də başladı

Siyəzəndə bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib ki, Şabran rayonu ərazisindəki yanğın lokallaşdırılıb: "Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.