Siyəzəndə başlayan yanğın Altıağac Milli parkının ərazisinə keçib
    • 28-07-2018, 18:00
    • 970

Siyəzəndə başlayan yanğın Altıağac Milli parkının ərazisinə keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən barədə məlumat yayıb.
 
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək  sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.
 
Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri  cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.