Türkiyədə ağır qəza: 15 ölü, 22 yaralı - FOTO/VİDEO
    • 20-08-2022, 14:43
    • 327

Türkiyədə ağır qəza: 15 ölü, 22 yaralı - FOTO/VİDEO

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu qəza yerində çalışan xilasedici qrupun avtomobilinə çırpılıb

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tarsus-Adana-Qaziantep yolunun Nizip hissəsində qəzaya uğrayan bir maşına müdaxilə edən xilasedicilərə və İhlas Xəbər Agentliyinin canlı yayın maşınına sərnişin avtobusunun çırpılması nəticəsində baş verib. 

Qəza zamanı 3 xilasedici, 2-si tibb işçisi və 2 jurnalist -  Məhəmməd Əbdulqadir Əsən və Ümud Yaqub Tanrıövər də daxil olmaqla 15 nəfər həyatını itirib, 22 nəfər yaralanıb