Lazada göldə batan şəxsin meyiti tapıldı
    • 20-08-2022, 17:05
    • 378

Lazada göldə batan şəxsin meyiti tapıldı

Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az -a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

15:43

Qusarda göldə azyaşlı batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.