Sabunçuda 1 nəfər göldə BATDI
    • 1-01-2021, 13:22
    • 335

Sabunçuda 1 nəfər göldə BATDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.

News24.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.