Dənizdə batan şəxsin meyiti tapıldı
    • 22-08-2022, 09:43
    • 248

Dənizdə batan şəxsin meyiti tapıldı

21.08.2022-ci il tarixində, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.