Sumqayıtda dənizdə batan 14 yaşlı oğlanın meyiti tapıldı
    • 15-08-2021, 14:27
    • 462

Sumqayıtda dənizdə batan 14 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.