Peskovun xanımının bu görüntüləri müzakirə yaratdı - VİDEO
    • 22-08-2022, 11:20
    • 343

Peskovun xanımının bu görüntüləri müzakirə yaratdı - VİDEO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, rəqqasə-fiqurist Tatyana Navkanın Yunanıstan tətili zamanı lentə alınmış videosu gündəmi zəbt edib.

News24.az xəbər verir ki, 47 yaşlı Navka əyləncə vaxtı bir neçə boşqab da sındırıb.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Navkanın belə bir paylaşım etməsi narazılıqla qarşılanıb.

İzləyicilər “Bu, heç uyğun deyil”, “Bu tamamilə utancvericidir, ölkələrini və vətəndaşları nə qədər sevdiklərini göstərir” və s. tipli şərhlər yazıblar.

T. Navka bir neçə saatdan sonra sözügedən paylaşımı silib. /Qafqazinfo/