“Duginanı biz öldürdük” –Rusiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürdü
    • 22-08-2022, 11:30
    • 292

“Duginanı biz öldürdük” –Rusiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürdü

Rusiya Milli Respublika Ordusu Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Azpost.info bildirir ki, bu barədə özünün Youtube kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib.

“Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Milli Respublika Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq. MRA mənə öz manifestlərini oxumaq üçün vəkalət verib”-deyə sabiq deputat vurğulayıb.

Daha sonra Ponomaryev Bəyanatı oxuyub. Sənəddə deyilir ki, Respublika Ordsunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.

MRA bəyan edib ki, Putin məhv ediləcək. Qurum öz hədəfləri sırasında Rusiyanın hökümət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb.

“Biz prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik”-deyə Bəyanatda deyilir.
“MRA mülki obyektlərə hucum etməyəcəyini vəd edib.

Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.
Qeyd edək ki, dünən “rus dünyası” ideyasının rəhbəri, filosof Duqinin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Duqina həlak olub.