-
- 22-08-2022, 17:16
- 366
Aleksandr Duqin qızının öldürülməsinə ilk dəfə münasibət bildirdi
Rusiyalı politoloq və filosof Aleksandr Duqin qızı Daryanın öldürülməsinə ilk dəfə münasibət bildirib.
News24.az APA-ya istinadən xəbər verir ki, Duqinin münasibətinin mətnini onun xahişi ilə milyarder Konstantin Malofeyev dərc edib.
O, Ukrayna rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində avqustun 20-də Moskva yaxınlığındakı “Ənənə” festivalından qayıdarkən qızı Darya Duginanın gözünün qabağında partlayış nəticəsində vəhşicəsinə öldürüldüyünü bildirib: "O, gözəl pravoslav qızı, vətənpərvər, hərbi müxbir, mərkəzi kanalların eksperti, filosof idi. Onun çıxışları və reportajları həmişə dərin, əsaslı və təmkinli idi”.
Duqin qızının heç zaman müharibə və zorakılığa çağırış etmədiyini bildirib.
“O, heç vaxt zorakılığa və müharibəyə çağırmazdı. O, yolunun əvvəlində yüksələn bir ulduz idi. Rusiyanın düşmənləri onu hiyləgərcəsinə öldürdülər ...
Amma bizi, xalqımızı dözülməz zərbələrlə belə sındırmaq olmaz. Onlar bizim iradəmizi qanlı terrorla əzmək istəyirdilər. Amma buna nail ola bilməyəcəklər.
Bizə yalnız Qələbəmiz lazımdır. Qızım həyatını bu yolda qoydu. Qələbə qazanın, xahiş edirəm!", - deyə Duqin bildirib.
Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.