Ağdamda da meşəlik ərazidə yanğın oldu - Video
    • 22-08-2022, 17:54
    • 448

Ağdamda da meşəlik ərazidə yanğın oldu - Video

Ağdam rayonunun Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.