Putin Duqinanı ölümündən sonra ordenlə təltif etdi
    • 22-08-2022, 22:50
    • 379

Putin Duqinanı ölümündən sonra ordenlə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin ictimai xadim Aleksandr Duqinin qızı Dariyanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnində deyilir: “Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə Darya Aleksandrovna Duqina (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə təltif edilsin”.

Bundan əvvəl Putin teleqram kanalında Duqinanın ailəsinə başsağlığı verib./Qafqazinfo/