Avropa Ərdoğana ümid edir -
    • 23-08-2022, 09:50
    • 390

Avropa Ərdoğana ümid edir - "Mənasız müharibəni dayandırmaq üçün..."

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Türkiyənin Rusiyaya təsirindən istifadə edəcəyinə ümid edir. 

News24.az xəbər verir ki, Borrel bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bilirib.

Avropa diplomatiyasının rəhbəri sosial şəbəkədə bildirib ki, telefon danışığı zamanı o, taxılla bağlı razılaşmanın əldə edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün azaldılmasında Türkiyənin mühüm rolunu qeyd edib.

“Mən Türkiyənin bu mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsir imkanlarından istifadə edə biləcəyini bildirdim"- deyə Borrel vurğulayıb.