Daha bir virus təhlükəsi: 5 yaşadək uşaqlar yoluxur
    • 23-08-2022, 18:05
    • 808

Daha bir virus təhlükəsi: 5 yaşadək uşaqlar yoluxur

Hindistanda yeni virus aşkarlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “Pomidor qripi” adlanan bu virusa 5 yaşadək uşaqlar yoluxur.

Virus dəridə böyük qırmızı qabarcıqlar şəklində özünü büruzə verir. Simptomlarına yüksək hərarət, yorğunluq, əzginlik və oynaq ağrıları daxildir. 
“Pomidor çiçəyi” olaraq da tanınan bu xəstəlik təmas vasitəsilə yoluxa bilir. Virus nə qədər dəhşətli olsa da, ölümcül deyil. 
Hələ ki, xəstəliyin çarəsi tapılmayıb. Həkimlər xəstələrə çoxlu maye içməyi və istirahət etməyi məsləhət görürlər.

Qeyd edək ki, Hindistanda 82 uşaq “Pomidor qripi”nə yoluxub.

Vüsalə Babaşova