-
- 26-08-2022, 17:03
- 321
Qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb
Nəsimi, Yevlax və Xaçmazda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğa daxil olan vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Yevlax və Xaçmaz, habelə paytaxtın Nəsimi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalarla Nəsimi rayonunda “Şərq İnşaat” MTK-nın icrasinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-yə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan, Xaçmaz rayonunun ərazisində yerləşən Xaçmaz meşəbəyliyinin 1 və 6 saylı dolaylarında isə meşə fonduna daxil olan ağac və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib.
Müəyyən edilib ki, qanunsuz əməllər nəticəsində ümumilikdə 42 min manatdan çox məbləğdə ziyan dəyib.
Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.