Kəmaləddin Heydərovun müavini VƏFAT ETDİ
    • 26-08-2022, 23:24
    • 357

Kəmaləddin Heydərovun müavini VƏFAT ETDİ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov dünyasını dəyişib.

News24.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, uzun müddətdir müalicə alan general bu gün vəfat edib.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub.