Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı
    • 6-08-2018, 17:27
    • 2 213

Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun Böyük Britaniyada fəaliyyət göstərən şirkəti "Avropa- Azərbaycan" (TEAS) öz fəaliyyətini dayandırıb.

News24.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərin rəsmi reyesrində məlumat  verilib. Məlumatda bildirilir ki, Taleh Heydərovun şirkəti 2018-ci il 6 iyuldan etibarən fəaliyyətini dayandırıb.

TEAS avropalıların Azərbaycan barəsində hərtərəfli məlumat alması məqsədi ilə yaradılmışdı. Şirkət Avropa və Azərbaycan arasında siyasi  mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək edirdi. TEAS həmçinin Fransa, Belçika, Almaniya və Türkiyədə fəaliyyət göstəriridi.