Azərbaycan Ordusunun hərbçisi həlak oldu
    • 27-08-2022, 10:20
    • 14 385

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Vahid Ərəblinski Çar Rusiyası generalı Balakişi Ərəblinskinin nəticəsidir, subay idi. Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.