NATO-nun sirləri satılır
    • 27-08-2022, 11:59
    • 286

NATO-nun sirləri satılır

NATO-nun sirləri saytlarda 15 “Bitcoin”-ə satılır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun xaker hücumuna məruz qaldığı iddia edilib. Hətta Ukraynada istifadə edilən silahları hamı həmin saytlarda asanlıqla görülə bilir. 

Avropanın məşhur silah istehsal edən şirkətlərindən biri olan MBDA da məlumatların xakerlər tərəfindən oğurlandığını və həmin bilgilərin özlərinə aid olmadığını açıqlayıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, məlumatlar İtaliyada xaker hücumuna məruz qalıb. 

NATO sözçüsü isə MBDA-dan oğurlandığı iddia edilən məlumatlarla bağlı iddiaları qiymətləndirdiklərini, hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamətin olmadığını bildirib.

Xatırladaq ki, müharibə başladığı gündən bəri NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq silah yardımı ediblər. 

Vüsalə Babaşova