Leyla Abdullayevaya yeni vəzifə verildi - Fransaya gedir
    • 29-08-2022, 11:03
    • 270

Leyla Abdullayevaya yeni vəzifə verildi - Fransaya gedir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

News24.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.

Digər bir məlumata əsasən isə qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.