-
- 29-08-2022, 15:48
- 511
Bakıda şok hadisə - QHT rəhbərinin oğlu həbs edildi
Tanınmış QHT rəhbəri, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovanın oğlu Elvin Zeynalov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, E.Zeynalov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust tarixli hökmü ilə Elvin Zeynalova 7 il 6 ay müddətinə həbs cəzası verilib.
Elvin Zeynalovla bağlı bildirilib ki, o, şəhid xanımı olan Nəsibə adlı qadını aldadaraq onun özü, oğlu və qızı üçün Qobu Park Yaşayış massivində şəhid ailələri üçün nəzərdə tutulmuş binalardan ev almaları məsələsini həll edəcəyini bildirərək hissə-hissə 60 min manat alıb. Elvinin ev alacağına söz verdiyi şəxslər arasında Birinci Qarabağ Müharibəsində şəhid olmuş şəxsin xarici ölkədə qaçqın kimi yaşayan qızı da olub.