-
- 29-08-2022, 18:55
- 351
Səlim Müslümov şəhid ailələri üçün ayrılmış pulları mənimsəyib
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi keçirilib.
News24.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı davam etdirilib.
İttiham aktında göstərilib ki, Səlim Müslümov Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyən müddətdə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. İttihama görə, sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alıb.
S.Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) və digərləri ilə əlbir olaraq öz qulluq mənafeyindən istifadə edib Tovuz rayonunda şəhid ailələrinə evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismini mənimsəyib. Belə ki, həmin evlərin bir çoxunun tikintisi üçün tender elan olunub, qalib gəlmiş şirkətlərin hesabına dövlət büdcəsindən vəsait ayrılıb. Sabiq nazirin himayədarlığı ilə "Nicat" MMC və "Real H" MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb. Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib.
Bütün bu əməllərə görə, S.Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.
Qeyd edək ki, iş üzrə ümumilikdə dövlətə vurulan 27 milyon manat ziyanın 20 milyon manatı Maliyyə Nazirliyinin depozit hesabına ödənilib.
Proses sentyabrın 5-də davam etdiriləcək.
Xatırladaq ki, S. Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Səhhətində yaranan problemlərə görə əvvəlcə müalicə müəssisəsinə, daha sonra ev dustaqlığına buraxılıb./Qafqazinfo/