Nazirin şirkəti vergi borcuna görə məhkəməyə verildi
    • 30-08-2022, 11:50
    • 312

Nazirin şirkəti vergi borcuna görə məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi "Profco” MMC-ni məhkəməyə verib.
 
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Aidə Hüseynin sədrliyi ilə keçiriləcək. 

İşin mahiyyəti öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

"Profco” MMC 14 dekabr 2005-c ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ələkbərov Rəşad Böyükağa oğludur.

Rəşad Ələkbərov həm də şirkətin direktorudur. O, bu vəzifəyə 2016-cı ildə təyin edilib. O, bu ilin martında həbs edilib. Rəşad Ələkbərovun vəkili Adəm Məmmədovun yaydığı açıqlamaya görə, müvəkkili Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (qanunsuz işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bir gün sonra isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəşad Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. 

"Profco” MMC Lənkəran rayonunun Təngivan kəndinin ərazisində, Lənkərançay yatağından çınqıl-qum istehsal etmək olub. Şirkət barəsində mediada çoxsaylı tənqidi materiallara rast gəlinir. Həmin materiallarda "Profco” MMC-nin təbiətə, eyni zamanda yaşayış yerlərinə ziyan vurması barədə faktlar əks olunub.

Bəzi iddialara görə, "Profco” MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxildir. Mediada da bu barədə yazılıb. 

Araşdırmalarımız zamanı o da məlum olub ki, "Profco” MMC-nin hazırda 34 744.88 AZN borcu var.