"Megafun"da partlayış - XƏSARƏT ALANLAR VAR
    • 22-06-2019, 23:04
    • 1 145

"Megafun"da partlayış - XƏSARƏT ALANLAR VAR

"Megafun" əyləncə mərkəzində yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirıiyinə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın hadisəsi baş verməyib.
Əlavə məlumat veriləcək.