ABŞ-da meymunçiçəyindən ilk ölüm faktı qeydə alındı
    • 30-08-2022, 22:51
    • 292

ABŞ-da meymunçiçəyindən ilk ölüm faktı qeydə alındı

ABŞ-ın Texas ştatında meymunçiçəyi virusu ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, qeyd olunan ölüm hadisəsi Texas Dövlət Səhiyyə Xidmətləri Departamenti tərəfindən təsdiqlənib.

Qurumdan bildirilib ki, hazırda xəstəliyin ölümə nə dərəcədə təsir etdiyini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.

Texas Dövlət Səhiyyə Xidmətləri Departamenti hadisədən sonra bir daha xəbərdarlıq edib: "Meymunçiçəyi ciddi bir xəstəlikdir, xüsusən də immun sistemi zəif olanlar üçün".