-
- 7-07-2022, 13:06
- 534
Meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alındı
Son 10 gün ərzində dünyada meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alınıb.
News24.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
"İyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) və 2 ölüm faktı qeydə alınıb", - hesabatda deyilir.
Bu günədək meymunçiçəyindən ölənlərin sayı üç nəfər təşkil edib. Hər üç ölüm Afrikada qeydə alınıb.
Qeyd edək ki, ÜST rəhbəri Tedros Gebreyesus ötən gün verdiyi açıqlamada 58 ölkədə 6 min nəfərin meymunçiçəyinə yoluxduğunu demişdi.