-
- 1-09-2022, 11:32
- 449
Xərçəng diaqnozu artıq bu qeyri-adi üsulla QOYULACAQ
Kontakt linzalar xərçəng xəstəliyinin diaqnozunu qoya bilər.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Kaliforniyada yerləşən qeyri-kommersiya təşkilatı Terasaki Biotibbi İnnovasiya İnstitutunun alimləri
kontakt linzaların yeni formasının istifadəçinin göz yaşlarını analiz etməklə xərçəngi aşkar etmək və hətta müalicə etmək üçün istifadə oluna biləcəyi fikrini irəli sürüb.
Mütəxəsisslər bu üsulun həkimlərin vaxtına qənaət edəcəyini düşünür, çünki bu, qan testi, biopsiya və ya CT-dən daha sürətli və daha az xərclidir.
Test prosesinin ağrısız olduğu, 30 dəqiqədən az çəkdiyi düşünülür.
Qeyd edək ki, tədqiqat qrupu göz quruluşları insanlara bənzər olan dovşanlarda kontakt linzaları sınaqdan keçirəcək. Qrup yaxın bir neçə il ərzində insanlar üzərində sınaqlara başlamağı ümid edir.
Qumral ƏLİYEVA