Di Kaprio indi də onunla sevgili oldu - FOTO
    • 1-09-2022, 14:48
    • 629

Di Kaprio indi də onunla sevgili oldu - FOTO

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Leonardo Di Kaprio 5 illik model sevgilisi Kamilla Morronedən yaş fərqinə görə ayrılılıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktyor artıq özünə yeni sevgili tapıb.

Məlum olub ki, Leo hələ iyul ayında 22 yaşlı ukraynalı bloqer və model Mariya Bereqova ilə münasibətə başlayıb, lakin bu haqda indi məlum olub. Cütlük San-Tropda birlikdə görüntülənib.

22 yaşlı Mariya nüfuzlu ukraynalı biznesmen və əczaçılıq biznesinin vərəsəsidir. Bereqova İsveçrədə böyüyüb, indi isə Londonda biznes məktəbində təhsil alır. Onun sosial şəbəkələrdə çox sayda izləyicisi var.

Az yaşı olmasına baxmayaraq, Mariya artıq ərdə də olub. O bu yaxınlarda Monakoda daşınmaz əmlak və moda ilə məşğul olan 30 yaşlı ərəb biznesmen Abdelxafiddən boşanıb. Biznesmen mərhum Liviya lideri Muəmmər Qəddafinin nəvəsidir.