-
- 1-09-2022, 16:53
- 1 045
Bu il məktəb bazarlığı neçəyə başa gələcək? - VİDEO
Yeni tədris ilinin başlamasına 15 gündən az müddət qalıb. Bütün valideynlər yeni dərs ilinə hazırlaşan övladlarına hər cür məktəb ləvazimatları almağa, onları gərəkli olan bütün dərs vəsaitləri ilə təmin etməyə çalışırlar.
Onların işlərini asanlaşdırmaq məqsədilə şəhərin müxtəlif ərazilərində, metro çıxışlarında yarmarkalar qurulub. Bəs, bu valideynlərə övladlarını bütün növ məktəbli ləvazimatları ilə təmin etmək imkanı verirmi? Ötən ilə nisbətən ləvazimatlarda bahalaşma varmı?
News24.az həmin yarmarkalarda araşdırma aparıb.
Metronun "Elmlər Akademiyası" stansiyasının çıxışındakı yarmarkada çantalarım qiyməti modelindən və keyfiyyətindən asılı olaraq 10- 50 manata qədər yüksəlir.
Digər ləvazimatlar: qələmlər - 10 qəpik 2 manat, dəftərlər 15 qəpik 1 manat 20 qəpik, sadə karandaşlar: 10, 30 qəpik, rəsm albomları: 1 - 4 manat arasında dəyişir.
Dəftər-kitab üzlükləri: 20 qəpik, sadə qələmlər: 10-30 qəpik, pozanlar, 20-50 qəpik, qələmyonanlar: 15 qəpik , xətkeşlər 20-40 qəpik arasındadır.
daha keyfiyyətliləri isə 1 manat civarında dəyişir. Eləcə də rəngli karandaşlar 1 - 8 manat, plastilinlər 1-4 manat, pərgar dəsti 1, 3, 6 manat
quaş 1-4 manat, fırça isə 30-50 qəpik arasındadır.
Ötən ilə nisbətən qələm yonan, pozan, qələmlərin qiyməti aşağı düşüb. Qələm qabları, termoslar isə bahalaşıb. Ümumilikdə satıcılar bahalaşmanın çox olmadığını deyirlər. Alıcıların ən çox narazı olduqları nüans isə tez-tez dəyişən məktəbli formalarıdır. Onlar formaların dəyişilməsinin sosial vəziyyətlərinə uyğun olmadığı qənaətindədirlər
Ətraflı süjetdə: