-
- 19-02-2021, 15:02
- 872
Bu da QİYMƏTİ QALXAN MƏHSULLAR - VİDEOREPORTAJ
Bir qədər əvvəl Azərbaycanda yanacağın və suyun qiyməti qalxdı. Bu qiymət artımı digər sahələrə də təsirsiz ötüşmədi. Müşahidələrimizə əsasən deyə bilərik ki, bir sıra ərzaq məhsullarının qiymətində də artım mövcuddur.
News24.az olaraq bu məsələylə bağlı kiçik araşdırma apardıq.
Öncə "Yaşıl bazar"ın ərazisindəki marketlərə baş çəkdik. Bu mağazalarda əksər məhsulların qiymətlərində artım olduğunu gördük. Undan başlayaq. Yeni ilə qədər bu məhsulun bir kilosu 50 qəpik idi. İndi isə 70 qəpiyə satılır. Yumurtanın bir ədədi əvvəllər 15 qəpik idisə, hazırda 5 qəpik artımla satılır. Qida yağlarının qiymətlərindəki artım da diqqətçəkəndir. Öncələr 1 litrlik duru yağ 5 manat 20 qəpiyə satışa çıxarılırdı, amma indi həmin məhsula 5 manat 80 qəpik qiymət qoyulub. Şəkər tozunun qiymətində də həmçinin. Əvvələr kilosu 1 manata satılan şəkər tozunu hazırda 1 manat 20 qəpiyə almaq mümkündür. Çörəyə gəlincə, onun qiymətində artım yoxdur. Amma çəkisi haqda bunu deyə bilmirik. Çünki əvvəllər 600-620 qram çəkisi olan çörəklər indi 580 qramdır.
"Yaşıl bazar"da gündəlik tələbatımızı ödəyən əsas qida məhsullarından olan kartof və soğanın qiymətini də öyrəndik. Bu bazarda kartofun qiyməti 50-80 qəpik arası dəyişir. Qiymətlərdə 5 qəpik artım mövcuddur. Eyni sözü soğanın satışı ilə bağlı da deyə bilərik.
Son olaraq isə onu qeyd edək ki, qiymət artımı ilə bağlı hələ ki, rəsmi bir açıqlama yoxdur.
Sevda Bayramova
VİDEO - Hüseyn Həsənov