LGBT təbliğatını aparanlar cəzalandırılacaq
    • 1-09-2022, 18:15
    • 292

LGBT təbliğatını aparanlar cəzalandırılacaq

Rusiyada internetdə və kütləvi informasiya vasitələrində LGBT təbliğatına görə inzibati cəza tədbirləri nəzərdə tutula bilər.

News24.az "Oxu.az"-a istinadən xəbər verir ki, artıq qanun layihəsi baxılmaq üçün Rusiya hökumətinə təqdim edilib.

Əgər qanun layihəsi təsdiq olunarsa, qeyri ənənəvi münasibətlərin təbliğatını aparan fiziki şəxsləri 200 min rubl (5 680 manat), hüquqi şəxsləri isə 4 milyon rubl (114 min manat) dəyərində cərimə gözləyir.