-
- 25-12-2020, 16:43
- 809
Gələn ilin dövlət büdcəsi I oxunuşda QƏBUL EDİLDİ
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
News24.az xəbər verir ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.
Gələn ilin dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.