![Neftçalada azyaşlı dənizdə boğuldu](/uploads/posts/2022-09/1662042611_6ee1db98-bf34-4e28-957e-b51e512d276e_850.jpg)
-
- 1-09-2022, 18:36
- 325
Neftçalada azyaşlı dənizdə boğuldu
Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.