Kaçinski: Nasist Almaniyası Polşaya 1,3 trilyon dollar ziyan vurub
    • 1-09-2022, 22:40
    • 297

Kaçinski: Nasist Almaniyası Polşaya 1,3 trilyon dollar ziyan vurub

Polşa nasist Almaniyasının ikinci dünya müharibəsində ona vurduğu zərəri 1,3 trilyon dollar məbləğində qiymətləndirib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmi Polşanın hakim “Hüquq və ədalət” partiyasının lideri Yaroslav Kaçinski nasist Almaniyasının hücumu və 1939-1945-ci illər işğalı nəticəsində ölkəsinin məruz qaldığı itkilər barədə məruzənin təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

“Vurulmuş itkilərin cəmi kimi təqdim olunan məbləğ ən məhdud, mühafizəkar rəqəmlərdir. Bunu xeyli artırmaq olar. Bu, 6 trilyon 200 milyard zlotıdır (1,3 milyard dollar)”, - deyə o bildirib.

“Almaniya Polşaya hücum edib və çox böyük zərər vurub, törətdiyi cinayətlərin hesabını isə heç vaxt ödəməyib”, - deyə vurğulayan siyasətçi qeyd edib ki, neqativ nəticələr ölkəsində bu gün də hiss olunur. Onun sözlərinə görə, təzminat alınmasının yolu uzundur, lakin Polşa nə vaxtsa uğur qazanacaq .