Zaqatalada yanğınla bağlı SON MƏLUMAT – FOTO
    • 2-09-2022, 12:23
    • 287

Zaqatalada yanğınla bağlı SON MƏLUMAT – FOTO

Zaqatala rayonunun dağlıq ərazilərində davam edən meşə yanğınlarının söndürülməsinə qonşu rayonların yanğınsöndürmə briqadaları da cəlb olunub.  

News24.az "Bizim.mediaya" istinadla xəbər verir ki, rayonun Meşleş kəndi ərazisində meşə massivindəki yanğının söndürülməsinə Qax və Balakən rayonlarının yanğınsöndürmə bölmələrinin əməkdaşları və texnikaları da cəlb olunub.  

Zaqataladan olan tarix müəllimi Xalidə Şabanova Bizim.Media-ya bildirib ki, dağlıq Meşleş kəndində meşə massivindəki yanğın hələ də davam edir.  

O qeyd edib ki, ETSN-nin regional mərkəzinin əməkdaşları və yerli sakinlər də alovun söndürülməsinə kömək edirlər.  

İllərdir qorunan yaşıllığın yanğın nəticəsində məhv olmaması üçün rayonda mütəşəkkil dəstələr yaradılıb. Birinci Qarabağ müharibəsi veteranı Hüseyn Məmmədovun başçılıq etdiyi könüllü dəstə də yanğının söndürülməsinə kömək edir.