Qəbələdəki yanğın davam edir - Video
    • 12-08-2021, 11:48
    • 393

Qəbələdəki yanğın davam edir - Video

Qəbələdəki yanğın davam edir. 

News24.az xəbər verir ki, dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir. Bunu ETSN-nin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib. 

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub. 

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.