Azərbaycanlı hakim superfinala təyinat aldı
    • 2-09-2022, 16:01
    • 219

Azərbaycanlı hakim superfinala təyinat aldı

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov beynəlxalq dərəcəli oyuna təyinat alıb.

News24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, Avro Çimərlik Futbolu Liqasının (EBSL) Superfinal mərhələsində ədaləti təmsil edəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları 8 - 11 sentyabrda İtaliyanın Kalyari şəhərində keçiriləcək.