-
- 2-09-2022, 16:59
- 457
Bu dəvət İlham Əliyevin şəxsiyyətinə böyük hörmətin ifadəsidir - Deputat
“Azərbaycan Prezidenti İtaliyaya işgüzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Bu görüşlər İtaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətli idi”.
Bunu News24.az-a açıqlamasına Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı: “Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, bu beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyyətinin diqqət mərkəzində olmaqla Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir”.
Deputat qeyd edib ki, hazırda Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhəldən keçməkdədir: “Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş tribunadan verdiyi ismarıclar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə ən böyük ticarət tərəfdaşımız olan Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri baxımından vacib əhəmiyyət kəsb edirdi. Prezident “The European House – Ambrosetti” beyin mərkəzindən mühüm mesajlar verdi. Nəzərə almaq lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. “The European House – Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. The European House – Ambrosetti” beyin mərkəzinin Forumuna dəvət Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmətin ifadəsidir. Azərbaycan Prezidenti bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq , beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlıq tərəfdaşlığın mümkün olması məsələlərindən danışaraq Azərbaycanın da beynəlxalq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi”.