Prezidentin İtaliyada azərbaycanlı jurnalistlə səmimi görüşü - Video
    • 2-09-2022, 17:51
    • 556

Prezidentin İtaliyada azərbaycanlı jurnalistlə səmimi görüşü - Video

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edir.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edir.

Prezident İlham Əliyev çıxışdan öncə Real TV-nin canlı yayımı zamanı aparıcıya əlini uzadaraq görüşüb. Bu səhnə maraqla qarşılanıb.