Renkadan cazibədar "Santa girl" FOTOSESSİYAsı
    • 30-12-2018, 17:26
    • 2 548

Renkadan cazibədar "Santa girl" FOTOSESSİYAsı

Rəqqasə Renka Ağamuradova soyuq qış günlərində hərarəti artıracaq fotosessiya etdirib. 

News24.az saytının Yeni il ilə bağlı fotolayihəsində iştirak edən rəqqasə cazibədar “Santa girl” obrazını canlandırıb. 

Rəqsləri, fotosessiyaları və klipləri hər zaman gündəmdə olan təlabatlı rəqqasə bu dəfə çəkiliş üçün köpük vannası qəbul edib.

Məşhur simalarla çalışan peşəkar fotoqraf İlqar Məhərrəmovun obyektivi qarşısına keçən Renka ilə çalışmaq elə də çətin olmayıb. 

Rəqqasənin komplekslərdən uzaq olması fotosessiyanın daha təbii alınmasına şərait yaradıb. 

Teymur MƏMMƏDOV
FOTO: İlqar MƏHƏRRƏMOV 
Əlaqə: 055 854 01 14
instagram: ilqarmeherremovphoto