Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi
    • 3-09-2022, 11:01
    • 498

Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. 

Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə sürətlə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.

Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar.