Sinan Akçıl oğurluq ETDİ
    • 21-08-2020, 10:24
    • 1 276

Sinan Akçıl oğurluq ETDİ

Türkiyəli müğənni, bəstəkar Sinan Akçılın oğurluq etdiyi iddia edilib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Maslak ərazisindəki idman zalında baş verib. Sənətçinin fitneslə məşğul olduqdan sonra qantellərdən birini çantasına qoyaraq evə apardığı deyilir. Zalın təhlükəsizlik kameralarındakı görüntülərə baxan işçilər qanteli müğənninin götürdüyünü görüblər.

Ona bununla bağlı zəng olunsa da, S. Akçılın ittihamları rədd edib. Kamera görüntülərinin olduğunu eşidən müğənni daha sonra qanteli idman zalına geri qaytarıb.