İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü oldu
    • 3-09-2022, 21:04
    • 449

İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü oldu

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev Avropa çempionatının qalibi olub.

News24.az xəbər verir ki. İtaliyanın Kalyari şəhərində keçirilən çempionatda o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Beləliklə, 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov, Xatirə İsmiyeva və Dürsədəf Kərimova isə bürünc medala sahib olublar.

Qeyd edək ki, millimiz 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.