-
- 4-09-2022, 20:45
- 347
Lerikdə dəhşətli qəzada ölənlərin ADLARI - YENİLƏNDİ-3
Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.
News24.az APA-ya istinadla xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.
Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:
Həşimova Sərvər Əhməd qızı;
arübə Ağababa qızı;
Cəfərova Güldəstə Məmmədağa qızı;
Rzayeva Səmayə Ağababa qızı;
Rəhimova Nazxanım İsabala qızı;
Tahirova Zərnitac İslam qızı.
Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.
Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.
***
20:45
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən News24.az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
***
19:32
Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.
Xlasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Bu barədə Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib.
Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.
Yaralıların bəzilərinin adı açıqlanıb:
Seyyadov Səyyad Hacıbala oğlu - sürücü
Kərimova Nazilə Ağaəli qızı
Fərəcova Şərafət Ənvər
İbrahimova Əsmət Ağababa qızı
Qurbanova Güllər Məmmədağa qızı
***
17:30
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
TƏBİB-dən Bakupost.az -a verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
***
17:08
Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
News24.az APA-ya istinadən xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb. Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
16:36
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
News24.az Report-a istinadən xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.