Xaçmaz-Xudat yolunda baş verən qəzada xəsarət alan 5 nəfərin vəziyyəti -SƏHİYYƏ NAZİRLİYİ
    • 11-09-2019, 16:01
    • 1 116

Xaçmaz-Xudat yolunda baş verən qəzada xəsarət alan 5 nəfərin vəziyyəti -SƏHİYYƏ NAZİRLİYİ

Xaçmaz-Xudat yolunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam edir.  

Qeyd edək ki, Xaçmaz-Xudat yolunda yol qəzası baş verib. Hadisə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. bunlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur.

Afaq Mirayiq