Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
    • 6-09-2022, 10:23
    • 239

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Siyəzən rayon sakinləri Vaqif Muradov, Şahmar Ağayev, Qənbər və Rəvan Muradov, Xaçmaz şəhər sakini Tərlan Məcidov, Şabran rayon sakinləri Samir Ağagülov, Məhəmməd Muxtarov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

B.Məhəmmədov onu da qeyd edib ki, Kür çayının Saatlı və Sabirabad rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 340 metr uzunluğunda sintetik tor yığışdırılıb.