Metroda qatarda nasazlıq yarandı
    • 6-09-2022, 19:10
    • 271

Metroda qatarda nasazlıq yarandı

Bakı metrosunun "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarında texniki nasazlıq səbəbilə "Nizami" stansiyasında sərnişinlər düşürülüb.

Bu barədə News24.az-a  “Bakı metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, texniki baxış üçün qatar depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.