Bakı metrosunun qatarında nasazlıq yarandı
    • 18-05-2022, 23:12
    • 309

Bakı metrosunun qatarında nasazlıq yarandı

"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.

Bunu News24.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.