Bakı metrosunda nasazlıq yarandı, sərnişinlər düşürüldü
    • 19-05-2022, 11:22
    • 353

Bakı metrosunda nasazlıq yarandı, sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.

News24.az xəbər verir ki, bunu "Bakı Metropoliten"-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurumun sözçüsü qeyd edib ki, qatar depoya göndərilib, əvəzinə qatar verilib: "Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq".