Van Damm Azərbaycana TƏŞƏKKÜR ETDİ
    • 20-11-2019, 19:05
    • 934

Van Damm Azərbaycana TƏŞƏKKÜR ETDİ

Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

News24.az-ın məlumatına görə, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.
“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

Jan Klod Van Damm təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.